AZ

Ermənistanda XAOS – Muzdlular da hökumətə qarşı çıxdı – VİDEO

Ermənistan Müdafiə Nazirliyi 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunmuş kəndlərin Azərbaycana qaytarılması və sərhədin delimitasiyası ilə bağlı etiraz aksiyasına qoşulan hərbi geyimli şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün tədbirlər görəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“İnternetdə Tavuş vilayətinin Kirants şəhərində keçirilən siyasi mitinqə hərbi geyimli şəxslərin qoşulması ilə bağlı video yayılıb.

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimli şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi üçün tədbirlər görür”, - deyə məlumatda bildirilir.
Ermənistan Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, ölkə ordusunu siyasi proseslərə cəlb etmək cəhdinə adekvat hüquqi qiymət veriləcək.
 

Bizim.Media

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla