AZ

Fransada üzrsüz olaraq xəstəxana qəbuluna getməyənlərə 5 avro cərimə kəsiləcək

Fransada ildə orta hesabla 27 milyon insan dövlət xəstəxanalarında qəbullarına getmir. Fransa hökuməti üzrsüz olaraq görüşə gəlməyənlərə 5 avro (175 TL) cərimə tətbiq etməyə hazırlaşır.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, ölkənin baş naziri Qabriel Attal ildə orta hesabla 27 milyon insanın həkim qəbuluna getmədiyini deyib: "Bu vəziyyət səhiyyə sistemini sarsıdır, bunun davam etməsinə icazə verə bilmərik".

 

Bəhanənin etibarlılığına həkimlərin qərar verəcəyini söyləyən Q.Attal, cəza sistemi ilə 20 milyon randevu veriləcəyini bildirib. O, bu layihənin qanuna çevrilməsini və 2025-ci ilin yanvarında qüvvəyə minməsini arzulasa da, həmkarlar ittifaqları və xəstə hüquqları qrupları tərəfindən bu fikir tənqid edilib.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla