AZ

Dünyanın ilk süni enerji adası tikilir

Dünyanın

Dəniz-külək stansiyalarını Belçika materikinə birləşdirən innovativ dəniz elektrik şəbəkəsi olacaq ilk süni enerji adası "Princess Elizabeth"-in tikintisinin video və fotosu yayımlanıb.

Reyting.az
-ın xəbərinə görə, "Elia" şirkətinin yaydığı məlumatda bildirilir ki, yeni salınan süni ada "Princess Elizabeth" elektrik enerjisini külək turbinlərindən kabellər vasitəsi ilə alacaq və daha sonra onu yüksək gərginlikli elektrik enerjisinə çevirərək digər Avropa ölkələrinə paylayacaq.

Xatırladaq ki, "Elia" şirkəti inşasına yenicə başladığı bu süni adanın özülünü 2024-cü ilin mart ayında qoyub. Mütəxəssislər süni enerji adasının tikintisinin 2026-cı ilin avqustunda başa çatdırılacağını deyirlər.

Oqtay QORÇU
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla