AZ

Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Respublikasınarəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Yakov Milatoviç iləgörüşüb.

Bu barədə Trend-ə MilliMəclisin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarınıMonteneqronun dövlət başçısına çatdıran Milli Məclisin sədri SahibəQafarova ölkəmizdə keçiriləcək COP29-da iştirak etmək üçün dəvətməktubunu təqdim edib.

Prezident Yakov Milatoviç Azərbaycanın Monteneqro üçün dost ölkəolduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin inkişafetdiyini söyləyib. Azərbaycanın Monteneqronun əsas investorlarındanbiri olduğunu söyləyən Yakov Milatoviç, xüsusilə turizm sahəsindəəməkdaşlığın yüksək səviyyəsindən razılığını ifadə edib.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası – COP29-a evsahibliyi etməsimünasibətilə təbriklərini çatdıran Prezident Yakov MilatoviçDubayda keçirilən COP28 çərçivəsində Azərbaycan Prezidenti İlhamƏliyevlə görüşünü məmnunluqla xatırlayıb.

O, bu il ölkəmizdə keçirilən prezident seçkilərində Prezidentİlham Əliyevin qələbəsi münasibətilə təbriklərini çatdırıb.Bildirilib ki, Monteneqro parlamentinin üzvləri də bu seçkilərimüşahidə ediblər.

O, Monteneqronun Azərbaycan üçün dost və tərəfdaş ölkə olduğunuqeyd edərək, bildirib ki, ötən il iki ölkə arasında diplomatikəlaqələrin yaradılmasının 15-ci ildönümü tamam olub. Ötən dövrdəölkələrimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələriqurulub.

Görüşdə ölkələrimiz arasında müqavilə - hüquq bazasının daha dagenişləndirilməsi, yeni sazişlərin imzalanmasının əhəmiyyətivurğulanıb. Qeyd olunub ki, İqtisadi əməkdaşlıq komissiyasınınişinin gücləndirilməsi bu sahədə münasibətlərin daha dagenişləndirilməsinə təkan verəcək. Söhbət zamanı humanitar sahədədə əlaqələrin, insanlar arasında təmasların gücləndirilməsinin dəəhəmiyyəti qeyd olunub.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafındaparlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Həmçininhazırda dünyada ikili standartların mövcud olduğu şəraitdəbeynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlarçərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyinin vacibliyivurğulanıb.

Sahibə Qafarova bu ilin yanvar ayında Azərbaycan MilliMəclisinin Avropa Şurası Parlament Assambleyasında nümayəndəheyətinin etimadnaməsinin təsdiqlənməməsinə toxunaraq,Monteneqronun bu səsvermədə iştirak etməməsini qeyd edib. SpikerAvropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzliqətnamələri də tənqid edib.

Söhbət zamanı bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşımüşahidə olunan qərəzli kampaniyaları və təzyiqləri tənqid edənMilli Məclisin sədri deyib ki, Azərbaycan öz yolu ilə gedir. O,sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirərək,iki ölkə arasında delimitasiya prosesi barədə də məlumat verib.Bildirilib ki, aparılan danışıqlar nəticəsində Ermənistan işğaletdiyi 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verib.

Sahibə Qafarova, həmçinin Fransanın regionumuzda gərginliyiartırmaq məqsədi daşıyan addımları barədə də məlumat verərək deyibki, bu ölkə sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasınahesablanmış yanaşma ortaya qoyur.

Milli Məclisin sədri regionda nəqliyyat xətlərinin açılmasıperspektivləri ilə bağlı fikirlərini qeyd edib. O, deyib ki,nəqliyyat və kommunikasiyaların bərpası bütün regiona faydagətirəcək. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpavə yenidənqurma işlərinin həyata keçirildiyini bildirən spikerSahibə Qafarova deyib ki, həmin ərazilərdə yeni şəhərlər, kəndlərsalınır. O, Azərbaycanın etibarlı enerji təchizatçısı kimiAvropanın enerji təhlükəsizliyində rolu barədə də danışıb.

Prezident Yakov Milatoviç Azərbaycan və Ermənistan arasında sülhsazişinin imzalanacağına ümid etdiyini bildirib və qeyd edib ki,bu, regionun inkişafına töhfə verəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.

Görüşün sonunda Milli Məclisin sədri "Qarabağ işğaldan əvvəl vəsonra" kitabını Monteneqro Prezidentinə təqdim edib.

Sahibə
Sahibə
Məqalədə:
Seçilən
3
15
Mənbələr
Şərh ()
Bağla