Bakı. Trend:
Aprelin 28-də Azərbaycanda müşahidə ediləcək hava proqnozuaçıqlanıb.
Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanınyağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanıntemperaturu gecə 14-18°, gündüz 26-31° olacaq. Atmosfer təzyiqinormadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 30-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuzkeçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabirduman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17°, gündüz 27-32°, dağlarda gecə7-12°, gündüz 18-23° olacaq.