AZ

İsrailin hücumları nəticəsində 10 fələstinli də öldü

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat qaçqın düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib.
İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat qaçqın düşərgəsinə təşkil etdiyi hücumlarda 8 fələstinlinin öldüyü, azı 30 nəfərin yaralandığı bildirilib.
Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail döyüş təyyarələri Nuseyrat qaçqın düşərgəsindəki Es-Sultan məhəlləsindəki bir evi hədəf alıb. Hücumda biri körpə olmaqla 4 fələstinli həyatını itirib.
Düşərgədəki başqa bir evə təşkil edilən hücumda 4 fələstinli ölüb,  azı 30 nəfər yaralanıb.
İşğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərində İsrail əsgərlərinin 2 fələstinlini öldürdüyü bildirilib.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail əsgərləri Cenin şəhərinin qərbindəki Səlim hərbi keçid məntəqəsində bir qrup gəncə atəş açıb.
Məlumata görə, gənclərdən ikisi həlak olub, ikisi də  yaralanıb.

Digər tərəfdən İsrail əsgərləri İordan çayının qərb sahilindəki El Halil, Tulkarim, Nablus və Kalkilya şəhərlərinə basqın edib.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. 

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 14 685-i uşaq və 9 670 də qadın olmaqla 34 356 adam həlak olub, 77 368 adam da yaralanıb. 

Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun  məhv edildiyi bildirilir.



Seçilən
36
Mənbələr
Şərh ()
Bağla