AZ

Makron ABŞ-ı “vurdu” – Avropa göstərməlidir ki...

Avropanın təhlükəsizlik strategiyası ilə bağlı açıqlamaları ilə gündəmə gələn Fransa prezidenti Emmanuel Makron Avropanı “ABŞ-dan daha az asılı olan müdafiə strategiyası qəbul etməyə” çağırıb.

Publika.az xəbər verir ki, Makron bu haqda Sorbon Universitetində çıxış edərkən deyib.

O bildirib ki, oyun qaydalarının dəyişdiyi bir dünyada Avropa risklərə qarşı silahlanmış deyil:

“Avropa göstərməlidir ki, heç vaxt ABŞ-ın bir hissəsi olmayıb. Dəyişən dünyaya uyğun olaraq ticarətlə bağlı qaydaların yenidən nəzərdən keçirilməsi lazımdır”.

Seçilən
14
50
Mənbələr
Şərh ()
Bağla