AZ

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Bakı, 27 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə-Samux avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Seçilən
77
41
Mənbələr
Şərh ()
Bağla