AZ

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

İspaniya

Bakı, 27 aprel, AZƏRTAC

İspaniyanın müdafiə naziri Marqarita Robles Madridin Ukraynanı “Patriot” zenit-raket kompleksləri üçün raketlərlə təmin edəcəyini bildirib.

AZƏRTAC İspaniya Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, Marqarita Robles bunu Ukraynanın müdafiəsi üzrə “Ramştayn” qrupunun iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, raketlər dörd gün ərzində logistik bazaya çatacaq.

Nazir, həmçinin ağır artilleriya silahları üçün döyüş sursatları partiyasının Kiyevə tədarükünü də elan edib. İspaniya yaxın bir neçə ay ərzində Ukraynaya 155 və 120 millimetrlik artilleriya mərmiləri göndərməyi planlaşdırır. Eyni zamanda, iyul ayınadək Kiyevə yüngül və ağır pulemyotlar, zirehli maşınlar, haubitsalar və tank əleyhinə raketlər, hava hücumundan müdafiə vasitələri üçün müxtəlif müşahidə sistemləri və dronlardan müdafiə stansiyaları tədarük olunacaq.

İspaniyalı nazir “Leopard” tanklarının yeni partiyasının Ukraynaya təhvil verilməsi işlərinin plan üzrə getdiyini və onların iyunun sonunadək hazır olacağını bildirib.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla