AZ

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Milli

Bakı, 27 aprel, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Monteneqro Respublikasına rəsmi səfəri davam edir.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində paytaxt Podqoriça şəhərində “Partizan döyüşçüsü” abidəsini ziyarət edib. Milli Məclisin sədri adından abidənin önünə əklil qoyulub.

Seçilən
4
6
Mənbələr
Şərh ()
Bağla