AZ

Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın adı Azərbaycan tarixinin ən görkəmli simaları sırasına qızıl hərflərlə əbədi yazılıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin və Naftalan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Şəhər Mərkəzi Xəstəxanasında göz müayinəsi aksiyası keçirilib.

Aksiyada şəhid ailələri, qazilər onların ailə üzvləri iştirak edib.

Görmə problemi olanlara tibbi xidmət göstərilib, ambulator müalicə təyin edilib və məsləhətlər verilib.

İştirakçılar görkəmli oftalmoloq alimin anadan olmasının ildönümü ərəfəsində göz xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə xüsusi həssaslıqla yanaşılmasını Zərifə xanım Əliyevaya xas olan xeyirxahlıq ənənələrinin davamı kimi qiymətləndiriblər.

Seçilən
69
3
Mənbələr
Şərh ()
Bağla