AZ

Məşhur basketbolçu “Lamborghini” ilə qəza törətdi

ABŞ-da məşhur basketbolçu yol qəzasına düşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, basketbolçu Kelly Oubrenin “Lamborghini” markalı avtomobili qırmızı işıqda dayana bilməyib. Bu zaman kəsişməyə daxil olan “Hyundai” markalı avtomobil ona çırpılıb. Sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. 

Qeyd edək ki, qəzadan əvvəl “Filadelfiya” pley-off mərhələsinin 2-ci oyununu “Nyu York Knicks”ə uduzub. Bir neçə saat sonra klubun 28 yaşlı idmançısı qəza keçirib.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla