AZ

Yevlaxda “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda müşavirə keçirilir

Bakı. Trend:

Yevlaxda “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resursqoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda müşavirəkeçirilir.

Trend xəbərverir ki, tədbir Kənd Təsərrüfatı Nazirliyi və "Azərşəkər" MMC-ninbirgə təşkilatçılığı, "GİLAN PİVOT" MMC-nin tərəfdaşlığı iləkeçirilir.

Tədbirin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada başverən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərininazaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlikqoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisindəgeniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyətçəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik vəbacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatları vəaqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrinbölüşdürülməsidir.

Qeyd edək ki, tədbirdə kənd təsərrüfatında tətbiq olunaninnovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri,orqanik gübrələr və biopreparatlar nümayiş etdiriləcək, müşavirəiştirakçılarını maraqlandıran suallar cavablandırılacaq.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin vəmüvafiq dövlət qurumlarının, iri fermer təsərrüfatlarının vəaqroparkların, təchizatçı şirkətlərin nümayəndələrinin vəfermerlərin iştirakı nəzərdə tutulur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla