AZ

Gürcüstan I rübdə Azərbaycandan rekord dəyərdə alüminium idxal edib

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 178 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 15 ildə eyni dövr üçün ən yüksək göstəricisidir və ötən ilin eyni dövrünün göstəricisindən 82 % çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 30 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 3,4 % çoxdur.

3 ay ərzində Gürcüstan Türkiyədən 19,5 milyon ABŞ dolları, Rusiyadan 1,7 milyon ABŞ dolları, Çindən 1,6 milyon ABŞ dolları, İtaliyadan 1,6 milyon ABŞ dolları, Almaniyadan 868 min ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 139 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 739 min ABŞ dolları Azərbaycanın payına düşüb.

Seçilən
13
7
Mənbələr
Şərh ()
Bağla