AZ

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

İngiltərə

Bakı, 27 aprel, AZƏRTAC

Çempionşipin lideri "Lester Siti" bir mövsümlük fasilədən sonra yenidən İngiltərə Premyer Liqasına yüksəlib.

AZƏRTAC xəbər verir ki, buna ikinci pillədə yer alan "Lids"in 45-ci turda "Kuinz Park Reyncers"ə uduzması (0:4) səbəb olub.

Bu nəticədən sonra “tülkülər” sona iki tur qalmış elitaya vəsiqəni təmin edib.

Entso Mareskanın başçılıq etdiyi komanda hazırda 94 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə olan “Lids”in isə 90 xalı var.

“Lester Siti” bu tur “Preston”la üz-üzə gələcək.

Qeyd edək ki, “Lester Siti” ötən mövsüm 18-ci yeri tutaraq Premyer Liqanı tərk etmişdi. Komanda 2015-2016-ci illər mövsümündə İngiltərə çempionu olmağı bacarmışdı.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla