AZ

“Gördüklərimizi ölkəmizdə tətbiq etməyin yollarını axtaracağıq”

“Tədbirdə müxtəlif ölkələrdən 400 nəfər iştirak edirdi. Burada hər səviyyədə olan klub nümayəndələri də var idi”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa Klublar Assosiasiyasının əlaqələndirmə qruplarının görüşlərində iştirakı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Tədbirdə futbolun biznes tərəfindən uğur qazanmış söz sahibi klubların nümayəndələrinin çıxışları oldu. Bizim üçün mühüm təcrübə idi. Gördüklərimizi ölkəmizdə tətbiq etməyin yollarını axtaracağıq”.

 

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla