AZ

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Kitabxanada

Bakı, 27 aprel, AZƏRTAC

Respublika Gənclər Kitabxanasında akademik Zərifə xanım Əliyeva haqqında genişmiqyaslı informasiyanı özündə əks etdirən "Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva” adlı virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Zərifə xanımın həyat və fəaliyyəti haqqında geniş məlumat verilir, istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparması və dəyərli elmi-tədqiqat işlərinin müəllifi olması qeyd edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Zərifə xanımın 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin müəllifi olduğu bildirilir, onun haqqında yazılan “Zərifə Əliyeva – Biblioqrafiya”, “Əbədiyaşar məhəbbət”, “Akademik Zərifə Əliyeva” kimi kitabların qısa annotasiyası, “Nəcibli və mənəvi paklıq timsalı”, “Vətənpərvər, qayğıkeş ana”, “Nəciblik və sədaqət örnəyi” kimi dövri mətbuatda işıqlandırılan məqalələr təqdim edilir.

Virtual sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin akademik Zərifə xanım haqqında söylədikləri dəyərli fikirlər, müsahibələrdən fraqmentlər, foto və video görüntülər də yer alır.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə hazırlanan "Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/zerife-eliyeva-101 yerləşdirilib.

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla