AZ

İsrailin hücumları nəticəsində 10 fələstinli həlak olub

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib.

BiG.AZ xəbər verir ki, İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlarda 8 fələstinli ölüb, ən azı 30 nəfərin yaralandığı bildirilib.

İsrail döyüş təyyarələri Nuseyrat Qaçqınlar Düşərgəsindəki Es-Sultan məhəlləsindəki bir evi hədəf alıb. Hücumda biri körpə də daxil olmaqla 4 fələstinli həyatını itirib.

Düşərgədəki başqa bir evə edilən hücumda 4 fələstinli ölüb, ən azı 30 nəfər yaralanıb.


BiG.Az
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla