AZ

Ançelotti Arda Gülərin “Real”dakı gələcəyindən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti türkiyəli gənc ulduz Arda Gülərin klubdakı gələcək perespektivini dəyərləndirib. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis 19 yaşlı futbolçunun komandada qalacağını deyib:

“Arda gələcəkdə bizim üçün çox vacib oyunçu olacaq. Heç bir şübhə yoxdur ki, o, gələn mövsüm klubda qalacaq. Arda daha tez oynaya biərdi, çünki məşqlərdə özünü çox yaxşı tərəfdən göstərir. O, çox gəncdir, buna baxmayaraq, bilir ki, onun komandadakı rolu nədən ibarətdir. Gülər oynadığı matçların sayından çox qol vurub. Bu, istedaddır”.

Qeyd edək ki, bir müddət əvvəl türkiyəli futbolçunun oyun sayının azlığına görə Madrid klubunu tərk edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Ardanın “Real”la müqaviləsi 2029-cu ilin yayına kimidir.

Seçilən
119
41
Mənbələr
Şərh ()
Bağla