AZ

Bakıda 296 kəsici-deşici alət aşkar olunaraq götürüldü - RƏSMİ

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, aprelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində 4 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

 

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub. Qeyd olunub ki, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

 

“Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək”, -məlumatda vurğulanıb.

 

Daxili İşlər Nazirliyi son olaraq, bu məsələ ilə bağlı çağırış edib.

 

“Məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaradır. Bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırırıq”.

 

Günay

Seçilən
7
22
Mənbələr
Şərh ()
Bağla