AZ

Ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb

Bakı. Trend:

Arelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonlarıərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 4mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulanümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, maddi sübut kimi götürülən həmin silahlarla bağlımüvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsindəaraşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqiqiymət veriləcəkdir.

"Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahlarınsatışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkiledən şəxsləri əməllərindən çəkinməyə çağırır", - məlumatdavurğulanıb.

Seçilən
49
22
Mənbələr
Şərh ()
Bağla