AZ

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

Avropa

Bakı, 27 aprel, AZƏRTAC

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatına bu gün yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın üç cüdoçusu tatamiyə çıxacaq.

90 kiloqram çəkidə Murad Fətiyev Yamal Petqrave (Böyük Britaniya), Elcan Hacıyev Kornelyus Eylertsen (Norveç) / Yosip Buliç (Xorvatiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

100 kiloqramda isə Zelim Kotsoyev Adnan Xankanla (IJF Qaçqınlar Komandası) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medalın sahibi olub.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla