AZ

Rusiya Xarkovda 1000-dən çox insanın olduğu tibb mərkəzinə hücum edib

Aprelin 27-nə keçən gecə ruslar yenidən Xarkova hücum etdilər.

Belə ki, mindən çox insanın olduğu tibb müəssisəsi düşmən atəşinə tuş gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, hücum kütləvi tələfat və yaralananlar, pəncərələrin sınması, rabitə vasitələrinin zədələnməsi və bir nəfərin yüngül yaralanması ilə yekunlaşıb. Təfərrüatları Xarkov meri İqor Terekov açıqlayıb.

Onun sözlərinə görə, gecə düşmən xüsusilə tibb kompleksini hədəfə alıb.

“Yüksək dəqiqlikli” rus raketlərinin möcüzəsi və qeyri-dəqiqliyi bizi böyük bir faciədən xilas etdi.

...Raket hücumları zamanı binalarında mindən çox insanın - 900 xəstə və iki yüzə yaxınyarım personalın olduğu tibb kompleksi hücuma məruz qalıb. Xoşbəxtlikdən raketlər tibb müəssisəsinin binalarına deyil, yerə dəyib - əks halda ölən və yaralananların sayını təsəvvür etmək çətinidi.

Xarkov meri deyib bunu.

O, şəhərdə dağıntıların qarşısını almaq mümkün olmadığını da etiraf edib.

Belə ki, partlayış dalğası bir neçə binaya ziyan vurub. Onların pəncərələri sınıb, dam örtüyü dağılıb, elektrik xətləri, su boruları və digər kommunal xətlər də zədələnib.

Nazlı

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla