AZ

Xaçmazda akademik Zərifə Əliyevanın xatirəsi anılıb

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının akt zalında görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Xaçmaz RMX-dan bildirilib.

 

Öncə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Direktor dövrün zəngin ədəbi mühitində boya-başa çatmış Zərifə xanımın Azərbaycan ziyalısının ən gözəl nümunələrini təcəssüm etdirdiyini, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirdiyini bildirib.

 

Daha sonra çıxış edən həkim-pediatr Həbibulla Mirzəyev Azərbaycan oftalmologiyasının inkişafında önəmli rola sahib böyük alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən, Azərbaycan tibb elminin inkişafındakı rolundan və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Qeyd edib ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca zirvələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə öz möhürünü vurub. Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.

Seçilən
54
50
Mənbələr
Şərh ()
Bağla