AZ

Akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə aksiya: “101 ağac əkək”

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə “101 ağac əkək” adlı ağacəkmə aksiyası keçirilib.

 

Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

 

Aksiya zamanı ümumilikdə 101 ədəd ağac əkilib.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla