AZ

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Premyer

Bakı, 27 aprel, AZƏRTAC

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, açılış oyununda "Sabah" və "Səbail" komandaları üz-üzə gələcəklər. "Bank Respublika Arena"da oynanılacaq görüş saat 18:00-da başlayacaq.

Hazırda "Sabah" 46 xalla turnir cədvəlində beşinci, "Səbail" isə 42 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 28-29-da keçiriləcək.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla