AZ

Konte yenə baş məşqçi olacaq

Antonio Konte aktiv futbol fəaliyyətinə qayıdır. İtaliya millisinin sabiq baş məşqçisi “Napoli” klubu ilə razılığa gəlib.

Xarici mətbuata inansaq, 54 yaşlı mütəxəssis Neapol təmsilçisi ilə 3 illik müqavilə bağlayacaq. Təcrübəli çalışdırıcı həmin müddət ərzində illik 6,5 milyon avro qazanacaq.

Kontenin sonuncu iş yeri İngiltərənin “Tottenhem” klubu olub.

Qeyd edək ki, “Napoli” A Seriyasında 33 turdan sonra 49 xalla 8-ci pillədə qərarlaşıb.

Seçilən
7
2
Mənbələr
Şərh ()
Bağla