AZ

Hərbi helikopter qəzaya uğradı: Ölənlər var 

Ekvadorun Pastasa əyalətində hərbi helikopter qəzaya uğrayıb. 

Axar.az xəbər verir ki, məlumatı Ekvador ordusu X hesabında yayıb.

Bildirilib ki, qəza nəticəsində 8 nəfər həlak olub:

"Xilasetmə əməliyyatlarından sonra Mİ 171 E helikopterinin ekipajının və sərnişinlərinin meyitləri aşkarlanıb".

Qeyd olunub ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırmış.

Qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradılıb.

 


Telegram kanalımız
Seçilən
2
2
Mənbələr
Şərh ()
Bağla