AZ

"Çempionlar Liqasında udduğumuz "Qarabağ"la indi aramızda yerlə-göy qədər fərq var"

BATEvə Belarus millisinin sabiq yarımmüdafiəçisi Stanislav Draqun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunları (1:0, 1:1) xatırlayaraq, Ağdam təmsilçisinin hazırkı performansını xüsusi qeyd edib.

Sportinfo.az xəbər verir ki, “Smartpress.by” portalına danışan belaruslu Azərbaycan çempionu haqda bunları söyləyib:

"Niyə belə oldu ki, 12 il əvvəl biz gürcüləri məğlub etdik, indi isə onlar AVRO-2024-ə vəsiqə qazandılar? Sual dərin təhlil tələb edir.

Mən daha bir müşahidəni klub futbolundan əlavə edə bilərəm. 2018-ci ildə BATE Çempionlar Liqasında "Qarabağ"ı məğlub edərək növbəti mərhələyə keçmişdi.

Bu, çox yaxınlarda idi. İndi eyni heyətlə “Qarabağ” avrokuboklarda uğurla çıxış edir, bəs BATE haradadır? Yerlə-göy qədər fərq var! Bəziləri inkişaf edir, bəziləri isə pisləşir".

Belarus millisinin sabiq üzvü “Dinamo”(Minsk), “Krılya Sovetov”, “Orenburq” klublarında oynayıb. O, artıq karyerasını başa vurub.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla