AZ

ABŞ-nin üç PUA-sı Yəmən sahillərində qəzaya uğrayıb – Husilər…

Hər birinin dəyəri təxminən 30 milyon dollar olan üç Amerika MQ-9 Reaper pilotsuz təyyarəsi Yəmən sahillərində qəzaya uğrayıb.

NOCOMMENT.az “CBC News”a istinadən xəbər verir ki, ABŞ rəsmisi bildirib ki, üçüncü ABŞ MQ-9 Reaper pilotsuz təyyarəsi bu həftə Yəmən sahillərində qəzaya uğrayıb, ehtimal ki, husi üsyançıları tərəfindən vurulub. Qəzanın səbəbləri araşdırılır.

Onun sözlərinə görə, noyabr ayından İranın dəstəklədiyi husilər daha iki MQ-9-u vurublar: birincisi noyabrın əvvəlində, ikincisi fevralda. Konqresin Tədqiqat Xidmətinin məlumatına əsasən, hər bir dron təxminən 30 milyon dollara başa gəlir.

Yəmən sahillərində uçan pilotsuz təyyarələr ABŞ ordusunun ticarət və hərbi gəmilərini husilərin hücumlarından qorumaq üçündür.

Seçilən
81
7
Mənbələr
Şərh ()
Bağla