AZ

Rusiya səmasında Ukraynaya məxsus 68 ədəd PUA zərərsizləşdirilib

Ötən gecə Rusiya səmasında Ukrayna ordusuna məxsus 68 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə adı çəkilən ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 66 ədədi Krasnodar, ikisi isə Krım səması üzərində zərərsizləşdirilib.

Krasnodar diyarının qubernatoru Venyamin Kondratyev bildirib ki, bölgədəki neft emalı zavodlarına hücuma hazırlaşan pilotsuz uçuş aparatları Slavyansk, Seversk və Kuşevsk rayonları üzərində aşkarlanaraq zərərsizləşdiriliblər.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla