AZ

Natiq Cəfərov - Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının endokrinoloqu

"Həkimlərimizi tanıyaq!" rubrikamızın növbəti qonağı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının endokrinoloqu Natiq Aqil oğlu Cəfərovdur.
 
O, 1994-cü ildə Ağcabədi rayonunda anadan olub. 2012-2017-ci illərdə Ukrayna Respublikası Zaparoji Tibb Mərkəzində Müalicə işi ixtisası üzrə təhsil alıb. 2018-2020-ci illərdə Belarusiyanın Minsk şəhər Dövlət Akademiyasında həkim Endokrinoloq kimi klinik ordinatura təhsili alıb.
 
Natiq Cəfərov 2021-2022-ci illərdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında TTTYŞ-də təcili və təxirəsalınmaz tibbi yardim üzrə həkim işləyib. 2022-2023-cü illərdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında TTTYŞ-də təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışıb.
 
01.04.2023-cü il tarixdən 30.09.2023-cü il tarixinə kimi Həkimləri Təkmilləşdirmə İnstitutunda Endokrinologiya ixtisası üzrə kurs keçib.
 
O, 2024-cü ildən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında endokrinoloq kimi fəaliyyət göstərir.
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla