AZ

Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib

Norveç hakimiyyəti əvvəllər göndərdiyi “Leopard 2 A4” tanklarının saxlanması üçün Kiyevə 13 milyon dollar göndərib.

Bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

Nazirin ölkənin hökumət saytında dərc olunmuş bəyanatına əsasən Norveç daha əvvəl “səkkiz Leopard 2 A4 tankı və təminat maşınını” göndərib.

“Ehtiyacı nəzərə alaraq, bağışlanan avadanlıqların təmiri və istismarı üçün Norveç Polşadakı bir xidmət mərkəzində “Leopard 150 A2” tanklarının saxlanılması üçün 13 milyon kron ayıracaq”, – Qramın açıqlamasında bildirilir.

Seçilən
111
50
Mənbələr
Şərh ()
Bağla