AZ

ABŞ-ın pilotsuz təyyarəsi Yəmən sahillərində qəzaya uğrayıb

Husi Ənsar Allah hərəkatının sözçüsü Yəhya Səriyyə ABŞ-ın MQ-9 Reaper pilotsuz təyyarəsinin Yəmən sahillərində vurulduğunu bildirib.

Müvafiq nəşr onun Telegram kanalında yerləşdirilib.

“Yəmən Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Səada əyalətinin hava məkanında düşmən tapşırıqlarını yerinə yetirən Amerikaya məxsus MQ9 təyyarəsini vurmağa nail olub. O, uyğun raketlə vurulub”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl ABŞ Yəməndə pilotsuz gəmini və husilərə məxsus pilotsuz təyyarəni vurmuşdu.

Mənbə: A Haber

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla