AZ

Braziliya polisi Rusiya səfirliyində heç bir partlayıcı tapmayıb

Braziliyanın paytaxtı Brasiliyadakı Rusiya səfirliyində polis heç bir partlayıcı tapmayıb.

Bu barədə Correo Brasiliense qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, polis Rusiya diplomatik missiyasının ərazisinə qoyulduğu iddia edilən bomba ilə bağlı məlumatları yoxlayıb. Binada axtarış aparılsa da, orada heç nə tapılmadığı dəqiqləşdirilir.

Mənbə: Lenta.ru

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla