AZ

ABŞ-in dəstəyi olmasa, Ukrayna apreldə təslim olacaqdı - KİV

2023-cü ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consona Amerikanın köməyi olmadan Kiyevin mart-aprel aylarına qədər davam edəcəyini deyib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski ilə təkbətək danışıqdan sonra spiker Ukraynaya yardım haqqında qanun layihəsinin ABŞ Nümayəndələr Palatasından keçməsinə kömək etmək qərarına gəlib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden çərşənbə günü Ukraynaya 60 milyard dollardan çox yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla