Bakının Binəqədi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, taksi fəaliyyəti göstərən minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı minik avtomobilində olan sərnişinlər - 1988-ci il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və həmyaşıdı Cavadov Nurlan Zülfüqar oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.