AZ

Azərbaycan Premyer Liqası: XXXII tur bir oyunla start götürür

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürəcək.

"Report" xəbər verir ki, ilk oyun günü turnir cədvəlində qonşu olan komandalar, "Sabah" və "Səbail" kollektivləri qarşılaşacaq.

Krunoslav Renduliçin yetirmələri 46 xalla beşinci sırada qərarlaşıb. "Dənizçilər" isə 42 xalla altıncıdır.

Qeyd edək ki, turun digər matçları aprelin 28-i və 29-u tarixlərində baş tutacaq.

Seçilən
30
8
Mənbələr
Şərh ()
Bağla