AZ

Bakıda 19 yaşlı sürücü yol qəzasında xəsarət alıb  

Bakının Xətai rayonunda gənc sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2005-ci il təvəllüdlü yaşlı Əsgərov İlkin Rövşən oğlunun idarə etdiyi velosiped avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan İ.Əsgərov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Seçilən
60
50
Mənbələr
Şərh ()
Bağla