AZ

Narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb.

Bu barədə "İki sahil"ə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, A.Eminov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
22
27
Mənbələr
Şərh ()
Bağla