AZ

İsveç VAR-dan imtina etdi

Azarkeşlərin etirazına görə İsveçdə VAR sistemi tətbiq edilməyəcək. Ölkə Futbol Federasiyasının rəhbəri Frederik Raynfeldt çempionatın VAR-sız keçiriləcəyini bildirib. Bunun da səbəbi 32 komandadan 18-nin tətbiqə qarşı olmasıdır.

İsveçdə klub səhmlərinin 51%-i azarkeşlərə məxsusdur. Onlar isə sistemin tətbiqinə qarşıdırlar.

Fanatlar sistemə qarşı çempionatın ilk turundan etiraz etməyə başlayıblar. Misal üçün, AİK – “Vesteros” oyununda görsətirlən bannerin üzərində İsveçin FİFA, UEFA, dollar, avro və VAR sistemi tərəfindən işğal olunduğu əks etdirilib.

İsveç Futbol Federasiyasının prezidenti ölkə ərazisində keçirilən beynəlxalq oyunlar zamanı da VAR-dan istifadə edilməyəcəyini bildirib.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla