AZ

Bakıda minik avtomobili "KamAZ"la toqquşub, yaralılar var

Bakının Binəqədi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, taksi fəaliyyəti göstərən minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı minik avtomobilində olan sərnişinlər - 1988-ci il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və həmyaşıdı Cavadov Nurlan Zülfüqar oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
46
avtosfer.az

10Mənbələr