AZ

Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...

Bir zamanlar ailəsi ilə birlikdə qanunsuz şəkildə Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinə köçərək erməni separatçılara dəstək verən Rusiyanın pravoslav milyarderi Qerman Sterliqov həyat yoldaşından boşandığını elan edib. O, uşaqlarından imtina edib və onları mirasdan məhrum edib.
 
Moderator.az xəbər verir ki, bu haqda fontanka.ru məlumat yayıb.
“Sterliqov nəsil ağacında yalnız iki oğul qaldı - Sergiy və Mixa. Həyat yoldaşı, qızı Pelagia, oğulları Arseni və Pateleimon artıq "Sterliqov qəsəbəsi" nin bir hissəsi deyil”, - xəbərdə belə deyilir.
 
Xatırladaq ki, 2015-ci ilin yayında Qarabağa köçən Q.Sterliqov gah Şuşanın Şırlan kəndində su dəyirmanı işlədir, gah Şuşada lavaş sexi açırdı.  Və s. Onun arvadı isə Cıdır düzündə moda sərgisi və at yarışı keçirməyi planlaşdırırdı.  2015-ci il  iyulun 28-də Azərbaycan hüquq-mühafizə orqanları German Sterliqovu Qarabağda Azərbaycan Respublikasının ərazi bütövlüyünə və s. qarşı  işlətdiyi ifadələrə görə İnterpolla axtarışa vermişdi...
 
S.Laçın
 
Seçilən
104
1
Mənbələr
Şərh ()
Bağla