AZ

Cəbrayıl uğrunda canını verən şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası DANIŞDI - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Rəşad Quliyev haqqında reportaj efirə gedib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Quliyev İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı və Cəbrayılın azadlığı uğrunda döyüşlərdə savaşıb, oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Şəhidin anası Mətanət Quliyeva oğlu ilə bağlı xatirələrini bölüşərkən bildirib ki, Rəşad əsgərlərinə həmişə ata, qardaş qayğısı göstərirdi:

“Qurban bayramında əsgərlik müddətini bitirənləri özü yola salardı, ciblərinə xərclik pulu qoyardı. Sevinərdi ki, builki əsgərlərini də sağ-salamat yola saldı”.

M.Quliyeva oğlunun tək-tənha Cəbrayıla kəşfiyyata getdiyini, əsgərlər ac qalmasın deyə onlara erməni mağazasından yemək gətirdiyini deyib:

“Füzuli döyüşləri zamanı yağışa düşüblər. Rəşad əsgərlərinə paltar gətizdirib, özü isə islaq geyimlərini sıxıb geyinib. Əsgərləri üç gün ac qalıb. Həmin gün göydən mərmi yağırmış, Rəşad güllə kimi erməni mağazasına gedib, onlara yemək gətirib”.

Ətraflı Baku TV-nin süjetində:

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla