AZ

Venesuela XİN: Ölkə özünü BRİKS-in bir hissəsi hesab edir

Venesuela bu il BRİKS-ə qoşulmağa ümid edir və artıq özünü assosiasiyanın bir hissəsi hesab edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İvan Gil Pinto bildirib.

“Venesuela özünü BRİKS-in bir hissəsi kimi hiss edir və yaxın gələcəkdə BRİKS-in tamhüquqlu üzvü olmağa çalışır”, – deyə o bildirib.

Pinto 2024-cü ilin siyasi, diplomatik və beynəlxalq əlaqələrin möhkəmlənməsi ili olacağına və BRİKS-in genişlənməsinə səbəb olacağına ümid etdiyini bildirib.

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla