AZ

Ermənilərin son şansı: Paşinyan xilaskar ola biləcəkmi?

Ermənilərin arzuları hər gün biraz da puç olur. Aprelin 24- də Ermənistandakı radikallar “soyqırım” gününü qeyd etdi. Yenə dünyadan dəstək alacaqlarına ümid edirdilər. Həmişəki kimi Ağ Ev ermənilərə dəstək açıqlaması verdi . Amma “bu qorxma mən sənin yanındayam” demək deyildi. Ermənilər hesab edirdilər ki,  Konqres Azərbaycan əleyhinə sənəd qəbul edəcək . Amma gözləntiləri yenə puç oldu.  Dünən aprelin 26-da isə ABŞ Erməni Konqresi adlı qurum bəyanat yayaraq ABŞ rəsmilərini ikiüzlülükdə ittiham edib. Yəni ermənilər yenə şantajdan istifadə etmək qərarına gəliblər.

Lakin ermənilər reallıqla barışmaq əvəzinə, yenə təxribata əl atırlar.  İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması təxribatın tərkib hissəsi idi.

Ermənistanın baş naziri Nikol Paşinyan reallıqdan çıxış edərək “soyqırım” üzərindən siyasətin yanlış olduğunu və bunun qonşularla münasibətlərinə mənfi təsirindən danışır. Buna rəğmən, baş nazir polisinə iki dövlətin bayrağının yandırılmasına mane olması əmrini vermir. Sülhdən və əməkdaşlıqdan danışan Paşinyan radikalların əl-ayağını yığışdırmalı, kilsəyə yerinə göstərməlidir ki, gələcək sülh və əməkdaşlığa təhlükə yaranmasın. Ermənistan hökuməti və polisi bayraqlarımızın yandırılmasına seyrçi qalmaqda davam edəcəklərsə, Paşinyanın çox arzuladığı sülhə təhlükə yaranacaq.

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan artıq neçənci dəfədir ki, Ermənistan hökumətinə və ermənilərə mesaj göndərərək bildirib ki, Errmənistanda yaşayanlar xaricdəki erməni lobbisinin alətinə çevrilməsinlər. Erməni lobbisini Ermənistan və bu ölkədə yaşayan ermənilərin taleyi maraqlandırmır. Nikol Paşinyan ölkəsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyini anlasa da, bunu ermənilərin tamamı haqqında söyləmək mümkün deyil. Erməni lobbisi və Ermənistandakı radikallar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədirlər. Bunlar anlamırlar ki, Ermənistan iki böyük qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan nə təhlükəsizilik məsələrini həll edə, nə də inkişaf edə biləcəklər. Deməli erməni lobbisinə və radikallara Ermənistanın təhlükəsizliyi və inkişafı lazım deyil.  Görünən isə odur ki, indi İrəvan hansı yolla gedəcəyini qətiləşdirə bilmir. Vaxt isə uçur. Azərbaycanın da, eləcə də Ermənistana şans verən Qərbin də səbr kisəsi daşır. İndi ermənilər son şanslarını da xərcləməklə çətin yola qədəm qoyurlar. Bu yolun onları hara aparacağını isə yalnız heç kim nə bilmir, nə də zəmanət vermir. Amma Ermənistan ya xilas olmalı, ya da bir dövlət kimi tarix səhnəsindən silinməlidir. İndi son qərarı Paşinyan verməlidir. Ya xilaskar, ya da…

Qoşqar Salmanlı

Seçilən
59
50
Mənbələr
Şərh ()
Bağla