AZ

İsraildə nazirin maşını aşdı, vəziyyəti ağırdır – VİDEO

İsrail Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir avtomobil qəzasına düşüb.

KONKRET.az xəbər verir ki, Ramla şəhərində terror aktının baş verdiyi yerdən qayıtdığı zaman nazirin avtomobili aşıb. Ben-Qvir yüngül-orta ağır vəziyyətdə “Assaf xa-rofe” xəstəxanasına aparılıb.

Hadisə şahidinin sözlərinə görə, nazirin avtomobili işıqforun qırmızı işığında keçərkən yaşıl işıqda keçən avtomobillə toqquşub.

Polis qəza nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Seçilən
38
11
Mənbələr
Şərh ()
Bağla