Türkiyə Superliqasında 34-cü tura start verilib.
Publika.az xəbər verir ki, günün yeganə oyununda "Adana Dəmirspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər. Görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 53-cü dəqiqədə Hakim Ziyeş açıb. 64-cü dəqiqədə Kərim Dəmirbay fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 90+1-ci dəqiqəsində Mauro İkardi müəyyənləşdirib. Adana təmsilçisinin qapısını Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev qoruyub.