AZ

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub

Bakı. Trend:

ABŞ Konqresi üzvlərinin ölkəmizə səfərə gəlmiş köməkçilərindənibarət nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləriüzrə Dövlət Komitəsində olub.

Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Komitənin sədrmüavini Fuad Hüseynov qonaqlara qaçqınlar və məcburi köçkünlərlə işsahəsində dövlət siyasəti, bu kateqoriyadan olan insanlarınüzləşdikləri problemlər və onların həlli istiqamətində görüləntədbirlər, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsiilə bağlı yaranmış vəziyyət, hazırda davam edən Böyük Qayıdışhaqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi iləqaçqınlar və məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunublar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva onlarınsosial, təhsil, səhiyyə, mədəniyyət məsələlərini daim diqqətəsaxlayır, hər müraciətə xüsusi həssaslıqla yanaşır.

Məcburi köçkünlərin mütləq əksəriyyətinin doğma yurda qayıtmaq,orada daimi məskunlaşmaq və işləmək, həmin yerlərin yenidəndirçəldilməsinə töhfə vermək istədiyi vurğulanıb. Böyük Qayıdışınilkin nəticələri Şərqi Zəngəzurda və Qarabağda həyatın tezlikləcanlanacağına inam yaradır.

Görüşə dəvət edilmiş bir qrup məcburi köçkünün didərginlikhekayələrini qonaqlar maraqla dinləyib, onlarla həmsöhbət olublar.Məcburi köçkünlər sülh və əmin-amanlıq şəraitində yaşamaqistədiklərini, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanhökumətinin həyata keçirdiyi bərpa-quruculuq işlərindən razıqaldıqlarını və doğma yurda köçəcəkləri günü səbirsizlikləgözlədiklərini bildirib, onların fikir və duyğularını amerikalıkonqresmenlərə çatdırmağı xahiş ediblər.

Seçilən
88
4
Mənbələr
Şərh ()
Bağla