AZ

Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat

"Qadın həkimlər keyfiyyətli tibbi yardım göstərir, ona görə də onların sayının artırılması pasiyentlər üçün ictimai səviyyədə faydalı olacaq..."
 
Alimlər kişi, yoxsa qadın həkimlərin daha yaxşı olmasını aydınlaşdırıb, statistikanı öyrənərək sağlamlığımızı kimə etibar etməyimizin daha yaxşı olduğunu müəyyən edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Metro" nəşri yazıb.
 
Tədqiqatçılar müəyyən edib ki, əgər həkim qadındırsa, pasiyentlərin ölüm ehtimalı aşağı düşür, qadın pasiyentlər üçün bu risk daha da azalır. 
 
Həmçinin qadın həkimlər tərəfindən müalicə olunan pasiyentlərin evə yazıldıqdan sonra təkrar xəstəxanaya yerləşdirilməyə daha az hallarda ehtiyacı olur.
 
Tədqiqat müəllifləri güman  edir ki, belə fərq onunla bağlı ola bilər ki, kişi həkimlər bəzən öz qadın pasiyentlərinin vəziyyətinin ciddiliyini lazımınca dəyərləndirmir.
 
Bundan öncəki tədqiqatlar sübut edib ki, kişi həkimılər qadınlarda ağrıların intensivliyini, mədə-bağırsaq yolunun əlamətlərini və ürək-damar sisteminin əlamətlərini lazımınca dəyərləndirmir, bu da müalicədə ləngiməyə və ya onun tam dolğun olmamasına gətirib çıxarır.
 
Tədqiqatın baş müəllifi, professor Yusuke Suqava bəyan edib ki, pasiyentlərin müalicəsinin nəticələri tibbi praktikanın eyni standartlarına əməl ediləcəyi təqdirdə  həkimin cinsindən asılı olmamalıdır.
 
"Bizim məlumatlarımıza görə, müxtəlif cinsdən olan həkimlər müxtəlif cür yardım edir, bu da pasiyentlərin müalicəsinin nəticələri üçün xeyli əhəmiyyətlidir", - o, qeyd edib.
 
Tokio Universiteti və Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri 2016-2019-cu illərdə 458 mindən artıq qadının və 319 min kişinin tibbi sığortalarının məlumatlarını təhlil edib. Bunlardan 31 faizi tibbi yardım üçün qadın həkimlərinə müraciət edib.
 
Qadın pasiyentlər arasında ölüm səviyyəsi qadın həkimlər tərəfindən müalicə zamanı 8, 15 %, kişi həkimlərdə 8, 38 % aşağı olub.
 
Bu fərq cüzi görünə bilər, lakin bu sayda pasiyentlər üçün bunun,  tədqiqatçıların sözlərinə görə, "kliniki əhəmmiyyəti" var.
 
Kişi pasiyentlər üçün fərq daha az olub, lakin qadın həkimlər yenə də ən yaxşı göstəricilər -10, 23 %-ə qarşı 10, 15 % nümayiş etdirib.
 
Tədqiqatçılar güman edir ki, qadın həkimlər öz qadın pasiyentləri ilə ünsiyyətdə daha effektli ola bilər, bu da dəqiq diaqnostika və müalicə üçün mühüm məlumatın əldə edilməsi ehtimalını artırır.
 
Onlar həmçinin qeyd edir ki, qadın pasiyentlər müayinələr və qadın həkimlərlə söhbətlər zamanı özlərini daha rahat hiss edir.
 
Buna baxmayaraq, müəlliflər müxtəlif cinslərdən olan həkimlərin praktikasında fərqlər və onların pasiyentlərə qulluğun keyfiyyəti mövzusu üzrə əlavə tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
 
Los-Ancelesdəki Kaliforniya Universitetinin professoru Suqava bəyan edib ki, tibb işçiləri arasında əməyin ödənilməsində gender bərabərsizliyi həmçinin aradan qaldırılmalıdır.
 
"Qeyd etmək lazımdır ki, qadın həkimlər keyfiyyətli tibbi yardım göstərir, ona görə də onların sayının artırılması pasiyentlər üçün ictimai səviyyədə faydalı olacaq", - professor Suqava deyib.
Seçilən
93
6
Mənbələr
Şərh ()
Bağla